AZ

Türkiyənin iyul ayı üzrə ixracı rekord həddə çatıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin iyul ayında tarixində ilk dəfə 25 milyarddollarlıq ixrac həyata keçirərək yeni rekorda imza atıb.

Trend xəbər verirki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “Türkiyə İxracSəfərbərliyi Proqramı” çərçivəsində keçirilən tədbirdə çıxışızamanı məlumat verib.

Nazirin sözlərinə görə, bu göstərici iyul ayları üzrə tarixdə ənyüksək ixrac həcmi kimi qeydə alınıb:

“Son 12 ayda ən yüksək aylıq artım faizi müşahidə olunub. İlkdəfə olaraq iyul ayında əlavə 2,5 milyard dollarlıq ixrac əldəetmişik. Ötən il bu rəqəm 22,5 milyard dollar idi. Beləliklə, illikixracımız 266,9 milyard dollardan 269,4 milyard dollara yüksəlib.Bu tempin davam etməsi ən böyük arzumuzdur”.

Bolat həmçinin qeyd edib ki, illik əsasda bu nəticə 3,1 faizlikmal ixracı artımına uyğundur. O, yeddi aylıq statistikayaəsaslanaraq əlavə edib:

“Bu dövrdə ixracda 5,2 faiz artım müşahidə olunub ki, bu dadünya ortalamasını üstələyir”.

Seçilən
3
az.trend.az

1Mənbələr