AZ

Rusiya ordusu Nikolayevə raket zərbəsi endirdi - Ölən və yaralananlar var

BAKI, 3 avqust. TELEQRAF

Rusiya ordusu Ukraynanın Nikolaev yaşayış məntəqəsinə raket zərbəsi endirib.

Teleqraf "Unian.net"ə istinadən xəbər verir ki, hücumdan sonra şəhərdə yanğın baş verib.

Telegram kanalında Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kimin verdiyi məlumata görə ,həkimlər üç nəfəri xəstəxanaya yerləşdiriblər. Daha bir neçə zərərçəkənə yerindəcə yardım göstərilib.

Eyni zamanda, Nikolayev vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti Rusiyanın raket zərbəsi nəticəsində şəxsi evlərin dağıldığını, dinc əhalinin evlərinə ziyan dəydiyini bildirib.

"Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri hadisə yerində qəza-xilasetmə və yanğını söndürürlər. Ölənlər var", - deyə o əlavə edib.

Xilasedicilər Rusiya terrorunun nəticələrini də paylaşıblar:

Seçilən
28
teleqraf.com

1Mənbələr