AZ

Suriya hərbçiləri hücuma məruz qaldı - 7 nəfər yaralandı

BAKI. 3 avqust. TELEQRAF

PKK terror təşkilatının qolu hesab edilən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) ölkənin şimalında yerləşən Mənbic şəhərinin ucqarlarında həyata keçirdiyi hücum nəticəsində dörd hərbçi və üç mülki şəxs yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirlik hücumun məsuliyyətsiz addım olduğunu və naməlum səbəblərdən həyata keçirildiyini bəyan edib.

SDQ məsələni şərh etməyib.

Seçilən
12
teleqraf.com

1Mənbələr