AZ

Hollivud ulduzu yeni stili ilə pərəstişkarlarını şoka saldı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniyada "Wednesday" serialının ikinci mövsümünün premyerası keçirilib. Tədbirə bir çox ulduzlar qatılsalar da, baş rol ifaçısı Cenna Orteqa xüsusilə diqqət cəlb edib. Qırmızı xalıda piton dərisini imitasiya edən parçadan hazırlanmış dar bej rəngli paltarda görünən 22 yaşlı ulduzun görünüşü sosial mediada da ən müzakirə olunan mövzulardan birinə çevrilib.

Oxu.Az-ın "Star Hit"ə istinadla verdiyi məlumata görə, tamaşaçıları gözlənildiyi kimi ulduzun paltarını deyil, onun xarici görünüşü təəccübləndirib.

Söhbət Cennanın ağardılmış qaşlarından da getmir.

Bir çoxları dəhşətlə qeyd ediblər ki, qızın üzü xeyli kiçilib, çənəsi uzanıb, yanaqları batıb və onların yerində böyük çuxurlar əmələ gəlib.

Deyilənlərə görə, aktrisa "bişa yastıqcıqları"nı çıxarmaq üçün plastik əməliyyat etdirib. Bu prosedur yanaq bölgəsindən piy paketlərinin çıxarılmasını nəzərdə tutur. Hesab olunur ki, bu prosedur almacıq sümüklərini və üz ovalını daha aydın göstərir. Lakin hər şey pasiyentin üz quruluşundan və xarici görünüş tipindən asılıdır.

Görünür, Cenna istədiyi effekti əldə edə bilməyib. Pərəstişkarları aktrisanın üz quruluşundakı unikallığı itirməsindən təəssüflərini bildiriblər və bu yeni stilin onu 40 yaşında göstərdiyini, eybəcərləşdirdiyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
oxu.az

2Mənbələr