AZ

KİV: İsrail hərbçiləri Suriyanın cənubunda yeni forpost yaradıblar

BAKI, 3 avqust. TELEQRAF

İsrail ordusunun mexanikləşdirilmiş bölmələri Suriyanın cənubunda yerləşən Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq orada hərbi forpost yaradıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Shafaq News” agentliyi məlumat yayıb.

Bildirilir ki, təxminən 40 İsrail hərbçisi Dəməşqdən 70 km məsafədə yerləşən Taranca bölgəsindəki yol kəsişməsində mövqe tutaraq, evlərdən birini qərargaha çeviriblər.

Bu, İsrailin Əl-Kuneytrada yaratdığın sayca altıncı hərbi obyektdir. Daha dörd baza qonşu Deraa əyalətində yaradılıb. Bu, İsrail ordusunun 8 dekabr 2024-cü ildə Colan yüksəkliklərindəki bufer zonası və Hermon dağı üzərində nəzarəti ələ keçirdiyini elan etməsindən sonra baş verib. Bu forpostlar müşahidə sistemləri ilə təchiz edilib və İsrailin nəzarətində olan ərazidəki digər obyektlərlə yollar vasitəsilə əlaqələndirilib.

“Shafaq News”un məlumatına görə, ötən ay ərzində İsrailin Əl-Kuneytra və Deraa əyalətlərinin yaşayış məntəqələrinə 22 müdaxiləsi qeydə alınıb. Bu reydlər zamanı bir mülki şəxs öldürülüb, daha 13 nəfər saxlanılıb, bir neçə ev isə dağıdılıb.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr