AZ

Ukrayna Xersonda mikrorayonun sakinlərini təxliyə edir

BAKI. 3 avqust. TELEQRAF

Rusiyanın Xersondakı körpüyə endirdiyi zərbədən sonra Ukrayna vilayətdə yerləşən Korabel mikrorayonunun sakinlərini təxliyə olunmağa çağırıb.

Teleqraf "UNİNAN.net"ə istinadən xəbər verir ki, müvafiq bəyanatı Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram kanalında dərc edib.

"Korabel mikrorayonuna aparan körpünün zədələnməsi ilə əlaqədar yerli sakinləri ciddi şəkildə təxliyə olunmağa çağırıram. Düşmənin aviazərbə nəticəsində maddi-texniki təchizat çətinləşib. Bu səbəbdən hələlik ərzaq və digər ləvazimatların gətirilməsi çətin olacaq", - o yazıb.

Bundan əlavə, Rusiyanın zərbəsi qaz kəmərini zədələyib.

Prokudin onu da qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, hər hansı hərəkəti həyata keçirməyə cəhd edən rus işğalçıları dərhal məhv ediləcək.

Qeyd edək ki, avqustun 2-də rus ordusu Xersona bombalı hücum edib, strateji əhəmiyyətli körpünü sradan çıxarıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr