AZ

OPEC+ ölkələri neft hasilatını artırmağa razılaşıblar

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan 8 dövlət, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman sentyabrda neft hasilatının sutkada 548 min barel artırılması ilə bağlı prinsipial razılıq əldə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu qərarın G8 alyansı tərəfindən avqustun 3-nə planlaşdırılan onlayn iclasda təsdiq olunması gözlənilir.

OPEC+ nümayəndələri qərarlarını bazarın sabit vəziyyəti və qlobal iqtisadiyyatın inkişafı üçün əlverişli perspektivlərlə izah ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
oxu.az

1Mənbələr