AZ

Qazaxıstan və Qırğızıstan ikitərəfli münasibətləri müzakirə ediblər

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada Qırğızıstanın xarici işlər naziriCinbek Kulubayev və Qazaxıstanın baş nazirinin müavini, xariciişlər naziri Murat Nurtleu arasında görüş keçirilib.

Trend xəbər verirki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.

Görüş zamanı tərəflər siyasi dialoqun möhkəmlənməsi və çoxşaxəliqarşılıqlı fəaliyyətin genişlənməsi ilə səciyyələnən ikitərəfliəməkdaşlığın yüksək dinamikasını qeyd ediblər.

Qazaxıstanın xarici siyasət idarəsinin rəhbəri Murat Nurtleubildirib ki, dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradəsayəsində iki ölkə arasındakı münasibətlər qarşılıqlı fəaliyyətinkeyfiyyətcə yeni səviyyəsinə yüksəlib.

“Qazaxıstan qarşılıqlı hörmət, etimad və bir-birininmaraqlarının nəzərə alınması prinsipləri əsasında qardaşQırğızıstanla müttəfiqlik əlaqələrinin hərtərəflidərinləşdirilməsinə sadiqdir”, – deyə Nurtleu vurğulayıb.

Seçilən
9
az.trend.az

1Mənbələr