GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Amerikanın Ukraynaya silah tədarükü ilə bağlı mövqeyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Uitaker bildirib ki, Vaşinqton Ukraynaya silah göndərməklə Rusiya üzərində təzyiq yaratmaq və onu danışıqlar masasına qaytarmaq niyyətindədir.
“NATO müttəfiqlərimizə Amerika silahlarını satmaqla biz Rusiyaya danışıqlar masasına qayıtmaq və uzunmüddətli atəşkəs təmin etmək üçün təzyiq etməyi planlaşdırırıq,” – deyə ABŞ diplomatı qeyd edib.
O, əlavə edib ki, bu addımlar Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması məqsədi daşıyır.
Qeyd edək ki, daha əvvəl Metyu Uitaker ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoyulmasının yalnız danışıqlar yolu ilə mümkün olduğuna inandığını bəyan etmişdi.
Tahir Turan
Globalonfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.