"Qalatasaray" yay təlim-məşq toplanışı çərçivəsində 5-ci yoxlama oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" "Latsio" ilə qarşılaşıb və 2:2 hesablı heç-heçə edib. "Sarı-qırmızılar"ın heyətində Lukas Torreyra dubl edib. Onun ikinci qolu baxımlı alınıb. İtaliya təmsilçisinin qollarına isə Davinson Sançes və Mattia Zakkanni imza atıblar. 

L.Torreyranın qolunu təqdim edirik: