AZ

“Milan” klubu Zəkari Atekame ilə maraqlanır

Bakı. Trend:

İtaliyanın “Milan” klubu İsveçrənin “Young Boys” komandasınınmüdafiəçisi Zəkari Atekameni transfer etmək niyyətindədir.

Trend xəbər verirki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumatyayıb.

Onun sözlərinə görə, “rossonerlər” artıq futbolçunun transferiilə bağlı “Young Boys” klubuna 7 milyon avro dəyərində ilk rəsmitəklif göndərib. Hazırda tərəflər arasında danışıqlar davamedir.

20 yaşlı Qana əsilli isveçrəli müdafiəçinin “Milan”a keçməyəmaraq göstərdiyi bildirilib.

Qeyd edək ki, Zəkari Atekame 2024-cü ildən “Young Boys” klubununheyətində çıxış edir. O, ötən mövsüm İsveçrə çempionatında 30 oyunkeçirib və 2 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
17
az.trend.az

1Mənbələr