Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yay fəsli gələn kimi Bakı kəndlərində bəzi ərazilər susuz səhraya dönür.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Şüvəlan qəsəbəsi, Bağlar massivi və Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsinin sakinləri suya həsrət qalıblar. Bu ərazilərdə krandan bir damcı belə su gəlmir.
Ərazidə yaşayanlar bildirirlər ki, sözügedən ərazilərə su xətti çəkiləndən su üzü görməyiblər:
"Ancaq qış aylarında su verilir. Aidiyyəti qurumlara müraciət etsək də xeyri yoxdur".
Ətraflı süjetdə:
"Yayda susuzluqdan qırılırıq..." - Bakı kəndlərinin sakinləri niyə suya həsrət qalıblar?
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.