AZ

Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının "Əl-Furqan" batalyonunun komandir müavininin öldürüldüyünü açıqlayıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusu HƏMAS terror təşkilatının "Əl-Furqan" batalyonunun komandir müavinini öldürüb”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, komandir Qəzza zolağında ordu hissələrinə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib.

Seçilən
8
9
olke.az

10Mənbələr