BAKI. 3 avqust. TELEQRAF
İran və "Avropa üçlüyü" (Fransa, Böyük Britaniya və Almaniya) arasında nüvə danışıqları hazırda davam edir, lakin vəziyyət mürəkkəb olaraq qalmaqdadır.
Teleqraf xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi Fatimə Möhəcərani bildirib.
O vurğulayıb ki, İran heç vaxt Avropa ilə dialoqa qarşı olmayıb, lakin hazırkı əlaqələri rəsmi danışıqlar hesab etmək olmaz.
"Hazırda Avropa ilə razılaşma əldə etmək istiqamətində danışıqlar aparılmır. Söhbət yalnız fikir mübadiləsindən gedir”, - Möhəcərani bildirib.
Bu açıqlamalar ötən həftə İstanbulda İran rəsmiləri və Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri arasında keçirilmiş görüş fonunda səslənib.
Bu qapalı görüş iyun ayında İsrail və ABŞ-nin İran ərazisinə zərbələrindən sonra nüvə məsələsi ilə bağlı ilk rəsmi müzakirə olub.