Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi yeni müsahibəsində Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlı danışıb.
Bizimyol.info xəbər verir ki, Lammi Rusiya prezidenti Vladimir Putin atəşkəslə bağlı ciddi danışıqlara hazır olmadığını qeyd edib.
"Onun hələ də maksimalist və imperialist ambisiyaları var. Ukraynanın Britaniya, Avropa və Amerikanın dəstəyi ilə apardığı döyüş nəhəngdir", - deyə Böyük Britaniyanın xarici işlər naziri deyib.
Qeyd olunur ki, Lammi ukraynalıların mətinliyinə heyrandır. "Dünya onları geridə qoysa belə, onlar yenə də partizan müharibəsini davam etdirəcəklər, onların ölkələrinə olan inamları o qədər güclüdür. Bu, dərin ruhlandırıcı amildir", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.