ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuk Bayraktar Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın seriya istehsalına başlandığını və gələn il ordunun ixtiyarına veriləcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.
Məlumata görə, altıncı "Kızılelma" hazırda istehsal xəttindədir və gələn il istifadəyə veriləcək.
Səlcuk Bayraktarın sözlərinə görə, bir çox ölkə tərəfindən alınan və onilliklər ərzində ən etibarlı təyyarələrdən biri olan bir "F-16" qırıcısının qiymətinə 20 ədəd "Kızılelma" qırıcısı istehsal edilir.
Qeyd edək ki, "Lockheed Martin" şirkətinin "F-16" qırıcılarının istehsal dəyəri 60-70 milyon dollar qiymətləndirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.