AZ

OPEK+ ölkələri neft hasilatını artırmaq barədə razılığa gəldi

BAKI. 2 avqust. TELEQRAF

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC+) üzv səkkiz ölkə, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Əlcəzair, Küveyt, Qazaxıstan və Oman, sentyabr ayında neft hasilatının gündə 548 min barel artırılması barədə prinsipial razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Əgər 3 avqust tarixində keçirilməsi planlaşdırılan onlayn görüşdə alyansın "səkkizliyi" bu qərarı təsdiqləyərsə, gündəlik 2,2 milyon barel təşkil edən könüllü neft hasilatı azaldılması paketlərindən birinin tətbiqi başa çatacaq. Bundan əlavə, kvotalarda BƏƏ-də baza neft istehsalı səviyyəsinin 300 min barrel/gün artırılması nəzərə alınacaq.

Seçilən
13
17
teleqraf.com

10Mənbələr