Türkiyəli aktyor İsmail Hacıoğlu Duygu Kumarki ilə ikinci dəfə evlənib.
"Ölkə.az" xəbər verir ki, cütlük ötən gün İstanbulda nikah masasına əyləşib.
Bu Hacıoğlunun üçüncü evliliyidir. O, ilk dəfə 2010-cu ildə aktrisa Vildan Ataseverlə evlənib və 5 il sonra boşanıb. 2016-cı ildə Duygu ilə nikah masasına əyləşib, lakin bu evlilik 4 il davam edib. Bu evlilikdən onların bir övladı dünyaya gəlib. İsmail bir müddət aktrisa Aslıhan Gürbüzlə də sevgili olub. Onların evlənəcəkləri gözlənilsə də, ayrılıblar.(axşam.az)