AZ

Şirvan sakini Kür çayında boğuldu

Kür çayında bir nəfərin boğulması ilə nəticələnən hadisə baş verib.

Axar.az xəbər verir ki, hadisə Kür çayının Şirvan şəhəri Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəsəbə sakini 1980-ci il təvəllüdlü Barat Ulduz oğlu Abbasov çayda boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb və müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
axar.az

1Mənbələr