News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Astarada ölən tur bələdçisinin ölümü ilə bağlı təfərrüat məlum olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, avqust ayının 2-də saat 12 radələrində sürücü T.Əliyev idarə etdiyi QAZ 6601 markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin yük yerində olan sərnişin R.Zamanov asfalt örtüyünün üzərinə yıxılıb. Sərnişin aldığı xəsarətlər nəticəsində ölüb.
Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.