Bu gün "Qəbələ" və "İmişli" arasında yoxlama oyunu keçirilib.
"Football-plus.az" xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Görüş "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ"nin heyətində qolları Domi Massumo və Pirins Ovusu (dubl) vurub.
Qeyd edək ki, yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt" (1:0) ilə qarşılaşıb.
"İmişli" isə daha əvvəl "Araz-Naxçıvan"ın əvəzedici komandası (2:1), "Sabah"ın əvəzedici komandası (2:1), "Sumqayıt" (0:0) və "Karvan"la (1:2) üz-üzə gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta