Pakistanın xarici işlər naziri Məhəmməd İşaq Dar bu gün İslamabadda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Görüş zamanı tərəflər dövlət başçıları səviyyəsində müzakirə olunacaq əsas məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Abbas Əraqçi İran Prezidenti Məsud Pezeşkianın 2-3 avqust 2025-ci il tarixlərində Pakistana dövlət səfəri zamanı onu müşayiət edən nümayəndə heyətinin tərkibinə daxildir.