AZ

İranla Pakistan arasında 10-dan çox sənəd imzalanacaq

İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı 11 əməkdaşlıq müqaviləsi imzalanacaq.

“Report” xəbər verir ki, bunu İranın İslamabaddakı səfiri Rza Əmiri Moqadam “Tasnim” agentliyinə bildirib.

Onun sözlərinə görə, Pezeşkianın Pakistana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

"İslam dünyasının taleyi ilə bağlı mühüm məsələlərdə həm Pakistan, həm də İran həmrəylik nümayiş etdirir. Ümid edirik ki, bu səfər zamanı biz yeni əməkdaşlığın əsaslarını möhkəmləndirə biləcəyik", - Moqadam bildirib.

Diplomatın sözlərinə görə, İran və Pakistan arasında ticarət dövriyyəsi son iki ildə 500-550 milyon ABŞ dolları artıb və hazırda 3,1 milyard dolları ötüb:

Seçilən
10
8
demokrat.az

10Mənbələr