AZ

Orban Ukraynada sülh üçün ŞƏRTLƏRİ AÇIQLADI

"Ukraynadakı vəziyyət o zaman həll oluna bilər ki, Kiyev və Qərb ölkələri ölkənin NATO- ya daxil olmaq planlarından əl çəksinlər, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hərtərəfli saziş bağlasınlar".

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“Biz başa düşməliyik ki, sülh yalnız o zaman gələcək ki, həm amerikalılar, həm avropalılar, həm də ukraynalılar belə bir həqiqəti qəbul etsinlər: ruslar heç vaxt NATO-nun Ukraynada - Rusiyanın qərb sərhədində yerləşməsinə icazə verməyəcəklər", -Orban deyib.

Onun sözlərinə görə, Kiyevin ABŞ-ın əvvəlki administrasiyası və bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənən Şimali Atlantika Alyansına qoşulmaq istəyi münaqişənin əsas səbəbi olub.

Orban vurğulayıb ki, Ukraynada sülhə yalnız Putin və Trampın görüşü ilə nail olmaq olar, bu görüşdə tərəflər beynəlxalq təhlükəsizliyin əsas məsələləri üzrə razılıq əldə edəcəklər.

Seçilən
16
publika.az

1Mənbələr