"Mançester Yunayted" "Barselona"nın parlayan gənc yarımmüdafiəçisi Fermin Lopez üçün 70 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu yalnız transfer məbləği ilə deyil, həm də oyunçunun şəxsi şərtləri ilə "Barselona" geridə qoymağa çalışır.
Bu barədə məlumatı "Diariosport" yayıb.
Xəbərə görə, "Yunayted" rəhbərliyi Ferminə hazırda "Barselona"dan aldığı maaşın təxminən iki qatını təklif edib. Bu isə həm iddialı layihə, həm də iqtisadi cəhətdən cazibədar təklif deməkdir.
21 yaşlı Fermin Lopez son iki mövsümdə "Barselona"da böyük irəliləyiş göstərərək əsas heyətin əvəzolunmaz adlarından birinə çevrilib. La Liqada və Çempionlar Liqasında parlaq oyunlar sərgiləyən ispan futbolçu texnikası və oyun oxuma qabiliyyəti ilə tanınır.
Qeyd edək ki, Kataloniya klubu Fermini "toxunulmaz" elan etsə də, 70 milyon avroluq rəsmi təklif və ikiqat maaşlı şəxsi razılaşma qarşısında qərar vermək məcburiyyətində qala bilər.
Kamil Xudiyev