Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, boğulan şəxs qəsəbə sakini 1980-ci il təvəllüdlü Abbasov Ulduz Barat oğludur.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
21:16
Şirvan şəhərində bir nəfər Kürdə boğulub.
Hadisə Kürün Bayramlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və boğulan şəxsin kimliyi məlum deyil.
Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən boğulan şəxsin axtarışları aparılır.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"