AZ

Konor Makqreqor geri qayıdır

Motivasiyasızlıq və fiziki yorğunluq səbəbilə UFC-dən ayrılan irlandiyalı ikiqat çempion Konor Makqreqor yenidən oktaqona qayıdır.

News365.az xəbər verir ki, bu barədə UFC-nin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Makqreqor iki döyüş keçirməyi planlaşdırır və sonra BKFC-yə keçə bilər. Onun mümkün rəqiblərindən biri amerikalı Maykl Çandlerdir.

Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda Dastin Puaryeyə texniki nokautla uduzub. İrlandiyalının karyerasında 22 qələbə, 6 məğlubiyyət var.

Seçilən
15
1
news365.az

2Mənbələr