2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Qəbələ” və “İmişli” arasında yoxlama oyunu keçirilib.
Arena.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Görüş “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində qolları Domi Massumo və dubla imza atmış Pirins Ovusu vurublar.
Xatırladaq ki, yay hazırlıq toplanışında “Qəbələ” daha əvvəl “Şamaxı” (2:1), “Kəpəz” (2:0) və “Sumqayıt”a (1:0) da qalib gəlmişdi.
“İmişli” isə daha əvvəl “Araz-Naxçıvan”ın əvəzedici komandasına (2:1), “Sabah”ın əvəzedici komandasına (2:1) qalib gəlib, “Sumqayıt”la heç-heçə (0:0) edib, “Karvan”a (1:2) məğlub olub.