AZ

“Əhməd haradadır?” filmi Azərbaycan Kinosu Günündə açıq havada nümayiş olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Kinosu Günü münasibətilə avqustun 2-də Cəfər Cabbarlıadına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əhmədharadadır?” filmi açıq havada nümayiş etdirilib.

Trend xəbər verirki, tədbir Dənizkənarı Bulvar İdarəsi və “Azərbaycanfilm”kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi vəAzərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə baştutub.

Nümayiş zamanı “Azərbaycanfilm”in geyim, rekvizit, çəkiliş vətexniki avadanlıqlarından ibarət sərgi də tamaşaçılara təqdimolunub və böyük maraqla qarşılanıb.

Filmi yüzlərlə tamaşaçı izləyib.

Layihənin əsas məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhdamaarifləndirilməsi, eləcə də Azərbaycan kinosunun təbliğinə töhfəverməkdir.

“Əhməd
“Əhməd
Seçilən
9
az.trend.az

1Mənbələr