AZ

"Roma" səfərdə "Lans"ı məğlub etdi

style='margin-bottom:10px;'>

"Lans" və "Roma" komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. 

QOL.az xəbər verir ki, qarşılaşma "Bolart-Delelis" stadionunda (Lans, Fransa) keçirilib. Matçı Fransadan olan baş hakim Mark Bollanjye idarə edib. 

Görüş İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində ilk qolu 14-cü dəqiqədə müdafiəçi Canluka Mançini vurub. 55-ci dəqiqədə isə argentinalı hücumçu Matias Soule fərqi iki topa çatdırıb.

Qeyd edək ki, "Roma" 2024/2025 mövsümünü A Seriyasında 5-ci pillədə başa vurub. "Lens" isə Fransa Liqa 1-də 8-ci yeri tutub.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr