AZ

Cinsi münasibətdə ağrılar– Hansı təhlükəlidir?


Cinsi əlaqə zamanı ağrıları ümumilikdə qadınların 30-40% həyatları boyu hiss edir. Bu səbəbdən cütlüklər arasında problemlər yaranır.


“Medicina” xəbər verir ki,ginekoloq Yekaterina Volkova cinsi əlaqə zamanı ağrıya səbəb ola biləcək əsas səbəbləri açıqlayıb.

“Qadında cinsi əlaqə zamanı xoşagəlməz və ya hətta ağrılı hisslər bədəndə bəzi ciddi xəstəliklərin və nasazlıqların əlamətləri ola bilər.

Məsələn, çanaqdakı varikoz damarlar, ağrı oyanma anında və orqazmdan sonra baş verə bilər, tez-tez varikoz damarları cinsi əlaqədən sonra "ağrıyır", xüsusilə də uzun müddət oturarkən və ya ayaq üstə duranda….


Uşaqlıq mioması və yumurtalıq kistləri də ağrıya səbəb ola bilər. Üstəlik, yumurtalıqlarda ağrı bəzən çaşqın olur, ya düz bağırsağa, ya da ayağa verir.

Endometrioz dərin ağrı ilə xarakterizə olunur. Çox vaxt ağrılı hisslər dövrün ikinci mərhələsində güclənir.
Bir qadında yapışmalar (spaykalar) varsa, qəbizlik ilə ağrı daha da güclənə bilər.

Vaginal mukozada iltihablı proseslər sürtünmə hissi yaradır ki, bu da qadın üçün xüsusilə xoşagəlməz ola bilər.

Eyni hissbəzən menopoz zamanı bir çox qadının tez-tez qarşılaşdığı vaginal quruluqla baş verir.

Qadının cinsi əlaqəyə psixoloji hazırlığı böyük əhəmiyyət kəsb edir ki, bu da öz növbəsində fizioloji hazırlığa zəmanət verir. Buna görə ön sevişmə çox vacibdir.

Eləcə də ağrı varsa, mütləq hərtərəfli yoxlanmaq lazımdır”.

Aygün Musayeva



Seçilən
8
1
medicina.az

2Mənbələr