AZ

Atalanta 45 milyonluq təklifi rədd etdi

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Atalanta" "İnter"in Lukman üçün təqdim etdiyi 45 milyon avroluq rəsmi təklifi rədd edib.

Fanat.Az xəbər verir ki, Berqamo təmsilçisi ulduz futbolçunu yalnız minimum 50 milyon avro qarşılığında satmağa hazır olduğunu rəsmən bildirib.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

"İnter" rəhbərliyi Lukmanı hücum xəttinə əsas alternativ kimi görür və onun transferi üçün israrlı davranır. Lakin "Atalanta"nın müəyyən etdiyi qiymət danışıqları çətinləşdirir.

Qeyd edək ki, 26 yaşlı nigeriyalı hücumçu 2024/25 mövsümündə "Atalanta" heyətində A Seriyasının ən məhsuldar oyunçularından biri olub. Xüsusilə Avropa Liqasında göstərdiyi performansla klubun diqqət mərkəzində saxladığı əsas adlardan biri hesab edilir.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
fanat.az

2Mənbələr