AZ

Gürcüstandan minlərlə insan İrəvana axışır - Sərhəddə panika! Hər şey BU QADINA görədir 

ABŞ-ın dünya ulduzu Cennifer Lopezin 3 avqustda İrəvanda planlaşdırılan möhtəşəm konserti regionda nadir mədəni hadisəyə çevrilib.

Referans xəbər verir ki, Gürcüstan-Ermənistan sərhədində yaranan insan axını və nəqliyyat sıxlığı bunun ən bariz sübutudur.

Sosial şəbəkələrdə yayılan videolarda Sadaxlı–Baqrataşen keçid məntəqəsində uzun avtomobil karvanları və sərhədi piyada keçən Gürcüstan vətəndaşlarının kadrları geniş rezonans doğurub.

Məlumata görə, konsert Cennifer Lopezin “Up All Night: Live in 2025” adlı dünya turnesinin bir hissəsidir və Cənubi Qafqazda baş tutacaq yeganə çıxışdır. Bu səbəbdən təkcə Ermənistan deyil, qonşu Gürcüstandan da minlərlə insan İrəvana axın edib. İrəvan otellərində yerlərin tükəndiyi, restoran və ictimai məkanlarda sıxlığın müşahidə edildiyi bildirilir. Yerli turizm şirkətləri Gürcüstandan gələn turistlər üçün xüsusi turlar təşkil edib, əlavə nəqliyyat reysləri ayrılıb.

Erməni mənbələrinin verdiyi məlumata görə, Cennifer Lopezin konserti şəhərin mərkəzində yerləşən Vazgen Sargsyan adına stadionda keçiriləcək və burada 50 minə yaxın tamaşaçının iştirakı gözlənilir. Konsert biletləri satışa çıxarıldıqdan bir neçə gün sonra tükənib. Rəsmi dairələr bu tədbirin ölkəyə iqtisadi və turizm baxımından böyük töhfə verdiyini bildirirlər.


Seçilən
33
referans.az

1Mənbələr