AZ

ABŞ Trampı araşdıran keçmiş xüsusi prokurorla bağlı təhqiqata başlayıb

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və digər tanınmış respublikaçıların açıqlamalarından sonra federal rəsmilər ABŞ-nin keçmiş xüsusi prokuroru Cek Smit haqqında təhqiqata başlayıb.

Teleqraf "NBC News"a istinadən xəbər verir ki, Cek Smitin hökumət rəsmilərinin siyasi fəaliyyətlə məşğul olmasını qadağan edən Hetç Aktını pozduğunu müstəqil federal agentlik olan ABŞ Xüsusi Prokurorunun İdarəsi də təsdiqləyib.

Müstəqil agentliyin Hetç Aktını pozan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək və ya təqib etmək səlahiyyəti yoxdur, lakin o, federal hökumət işçisinə qarşı dövlət qulluğundan uzaqlaşdırılma kimi intizam tənbehi tədbirləri görə bilər və ya Hetç Aktı pozuntularına dair əldə etdiyi faktları araşdırma üçün Ədliyyə Departamentinə göndərə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
sherg.az

3Mənbələr