BAKI. 2 avqust. TELEQRAF
ABŞ senatorları Cin Şeyhin (Demokratlar Partiyası, Nyu-Hempşir) və Con Kornin (Respublikaçılar Partiyası, Texas) Rusiyaya kritik əhəmiyyətə malik ikili təyinatlı texnologiyalar tədarük edən Çin şirkətlərinə qarşı sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi təqdim ediblər.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Senatın Xarici Əlaqələr Komitəsinin saytında dərc olunub.
Məlumatda qeyd olunur ki, bu qanun layihəsi Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa və atəşi dayandırmağa təşviq etməli, eyni zamanda Çinə siqnal göndərməlidir.
Şeyhinin sözlərinə görə, ABŞ Rusiya ilə əməkdaşlıq edən Çin şirkətlərini, onların baş direktorlarını və banklarını məsuliyyətə cəlb etməlidir.