AZ

David Möller Volfe rəsmən “Vulverhempton”da

Futbol üzrə Norveç milli komandasının sol cinah müdafiəçisi David Möller Volf bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.

23 yaşlı futbolçu Niderlandın “Alkmar” klubundan İngiltərə komandasına keçib. Keçidin məbləği 12 milyon avro təşkil edib. Müdafiəçi yeni klubu ilə 5 il müddətinə (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

David Möller Volfe Norveçin “Brann” klubunun yetirməsidir. “Osane”də də forma geyinmiş futbolçu 2023-cü ildən “Alkmar”da çıxış edirdi. O, ötən mövsüm “Alkmar”ın heyətində 47 oyuna çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə verib. Davidin Niderland klubundakı karyerası bütövlükdə 92 oyun, 4 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Norveçin U-17, U-18, U-20 və U-21 yığmalarında da oynamış futbolçu 2023-cü ilin noyabrında əsas millidə debüt edib. O, yığmanın heyətində 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
arena.az

1Mənbələr