AZ

Ürək amiloidozu – ürəyin qalınlaşması– Müalicəsi varmı?



Amiloidoz, amiloid zülalının bədənimizin lazımsız hissələrində toplandığı zaman baş verir. Məsələn, ürəkdə toplanarsa, ürək amiloidozundan danışırıq. Yeri gəlmişkən, bu olduqca nadir bir patologiyadır, lakin orqan çatışmazlığına səbəb ola bilər.

Amiloidlərin yığılması ürəyin sıxılmasına və qalınlaşmasına səbəb ola bilər.


“Medicina” xəbər verir ki,amiloidozlu ürək nasosu qanı yaxşı vurmur, yorğunluq, nəfəs darlığı və topuqların şişməsinə səbəb olur. Amiloidozun erkən diaqnostikası və müalicəsi çox vacibdir.

Əgər sizə artıq yaxşı reputasiyaya malik müasir dərman təklif olunubsa, onu sınamağa dəyər.

Bu dərmanlar problemli zülalın yığılmasının qarşısını almaq üçün adətən genetik materialdan və ya antikorlardan istifadə edir. Xəstə müalicəyə nə qədər tez başlasa, ürəyə bir o qədər az ziyan dəyəcək. Xəstəliyə laqeyd yanaşılsa, kimyaterapiyadan istifadə etmək məcburiyyətində qalacaq.


Aygün Musayeva


Seçilən
19
1
medicina.az

2Mənbələr