Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “VÇK-OGPU” Teleqram kanalının məlumatına görə, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına könüllü şəkildə müraciət edib.
KONKRET.az xəbər verir ki, bundan sonra o, istintaq hərəkətlərində iştirak etmək üçün paytaxtdan Yekaterinburqa aparılıb.
Digər tərəfdən, “66.ru” portalı öz mənbələrinə istinadən bildirir ki, Şıxlinskinin barəsində iki cinayət işi başlanılıb: bunlar qətl və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri üzrədir.
Hazırda diaspor rəhbərinin prosessual statusu dəqiq bilinmir.
Natiq Səlim,
KONKRET.az