AZ

Sevgilisinə 4,2 milyon rublluq virtual qurbağa hədiyyə etdi

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pavel Durov sevgilisinə 4,2 milyon rublluq virtual qurbağa hədiyyə edib.

Milli.Az xəbər verir ki, "Telegram" messencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vavilovanın ad günü münasibətilə ona 52,5 min dollar (təxminən 4,2 milyon rubl) dəyərində eksklüziv NFT qurbağa hədiyyə edib.

Bu barədə "Kod Durova" nəşri məlumat yayıb.

Plush Pepe adlı NFT-şəkilli hədiyyə çəhrayı-bənövşəyi rəngli, yaşıl dodaqlı və yaşıl ürəyi qucaqlayan qurbağa şəklindədir.

25 yaşı tamam olan Vavilova "Plush Pepe" adlı rəqəmsal qurbağa ilə təbrik olunub. Məlumata görə, Durov bu qeyri-adi hədiyyəni ona görə seçib ki, Vavilova kiberpank fonunda çəhrayı və bənövşəyi rəngli rəqəmsal hədiyyələr toplamağı sevir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
news.milli.az

2Mənbələr