AZ

Rodriqo "Liverpul"un qeyri-rəsmi təklifini qəbul etdiyini açıqlayıb

"Liverpul" "Real Madrid"in futbolçusu Rodriqonun agenti ilə təmas qurub və müqavilənin şəxsi şərtləri ilə bağlı danışıqlar aparıb.

 
24 yaşlı braziliyalı İngiltərə klubunun təklif etdiyi müqaviləni bəyənib.
 
Daha əvvəl Rodriqo ilə "Tottenhem", "Arsenal", "Çelsi" və "Bavariya"nın maraqlandığı bildirilirdi. Madrid klubu isə hücumçusunu 100 milyon avrodan ucuz satmaq fikrində deyil.
 
Futbolçu özü isə media ilə söhbətləşərkən "Liverpul"un qeyri-rəsmi təklifini qəbul etdiyini bildirib.
 
Qeyd edək ki, Rodriqo 2024/25 mövsümündə "Real Madrid"in heyətində bütün turnirlərdə 54 matçda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.
Seçilən
10
1
moderator.az

2Mənbələr