Yırtıq təkcəonurğada yaranmır, diafraqmal və qida borusu yırtığı da olur.
Yemək borusunun 2sfinkteri var, bu keçəcəklər həmişə bağlı olur, yalnız udqunanda və su, qida qəbulunda açılır.
“Medicina” xəbər verir ki, həkim qastroenteroloq DavudQüdrətovyemək borusunun yırtığının yaranma səbəblərin və müalicəsindən danışıb.
“Xəstələr daha çox qida borusunun aşağı sfinkterinin ya kardial çatmazlığından ya da yırtığından şikayətlənir.
Kardial çatışmazlıq müxtəlif faktorlardan yaranır: stress, əsəb, siqaret, alimentar, ağır xəstəliklər. Sfinkteri saxlayan əzələnin və sinirin degenerasiyası hesabına baş verir.
Müəyyən peptid və azot oksidin istehsalı azalanda aşağı sfinkterin funksiyası pozulur.

Əgər müalicə olunmazsa, sfinkter tam boşalır vəyırtıq formalaşır.
Bəzən bizim cərrahlar çox israr edir ki, yırtıq varsa, ancaq əməliyyatla düzəltmək olar.
Yırtığın 2 forması olur: sürüşən, paraezofaziakal yırtıq. Sürüşkən yırtığa müalicə lazımdır, ən çox rast gəlinən forma budur.
Cərrah ora 2 tikiş atsa da, bu sfinkterdə yırtığı yaradan kök səbəbi aradan qaldırmasa, o yenə yırtılacaq, xəstə yenəqayıdacaq başdakı problemə.
Çox nadir halda ağır formada yırtıq olanda, əməliyyat ola bilər. O da təcrübədə çox az rast gəlinir”.
Aygün Musayeva