Lerik rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Viral.az oxu.az-a istinadla xəbər verir ki, bədbəxt hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənddə turistlərə bələdçilik edən tur rəhbəri Lerik rayonunun Günəşli kənd sakini, 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb.
Son Yazılar:
- 18 yaşlı tur rəhbəri yıxlıb öldü
- Tur rəhbəri bədbəxt hadisə nəticəsində öldü
- Zelenski 100 illik müqaviləni Radaya təqdim etdi
Nəticədə, o, baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.