“Nyukasl” 27 yaşlı ingilis qapıçı Eron Ramzdeyli “Sauthempton”dan icarə müqaviləsi əsasında “sağsağanlar”ın heyətinə qatıb.
Arena.az bu barədə “Nyukasl”ın mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Eron Ramzdeyl “Şeffild Yunayted”in məzunudur. Qapıçı, karyerası ərzində “Bornmut”, “Çesterfild” (icarə), “Uimbldon” (icarə), “Arsenal” və “Sauthempton”da oynayıb.
Geridə qalmış mövsümdə Ramzdeyl “Sauthempton” üçün 32 oyna çıxıb, 68 qol yeyib, 4 oyundan “quru” qurtulub.
Eron Ramzdeyl 2021-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 5 oyun keçirib, 6 qol buraxıb, 2 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis qapıçının transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.
