Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Effektiv dinləmə ilk növbədə uşağa “Mənə hər şey aydındır” və ya “Bu, mənim üçün vacibdir” hissini aşılamalıdır.
Belə olduqda, uşaqda özünəinam hissi daha yaxşı inkişaf edir. Bu, həmçinin uşaqda özünüifadə gücünün də daha yaxşı inkişaf etməsinə səbəb olur. Nəticədə, ailədə ailədaxili dialoq daha güclü olur. Ancaq effektiv dinləmə üçün əsas şərtlərdən biri də reflektiv dinləmədir.
İndi isə bunu bütün xırda detalları ilə izah etməyə çalışaq. Ancaq bundan əvvəl effektiv dinləmənin nə olduğunu bilməli və bu dinləmədən sonra nə kimi çətinliklərin üzə çıxdığını öyrənməliyik.
Uşaqla ünsiyyətdə reflektiv dinləmə uşağın dediklərini (və ya demək istədiklərini) anlamaq və ona anladığımızı aşılamaqdır. Və ya başqa sözlə, uşaqda gördüklərimizi ona “əks etdirərək” danışmaqdır. Ancaq bir çox valideynlərin başa düşdüyü kimi uşağın dediklərini ona olduğu kimi çatdırmaq mənasızdır. Məsələn, əgər uşağınız hər hansı bir problemlə üzləşirsə və bunu sizə: “Murad məni oyuna götürmədi, bir də onunla danışmayacağam” - deyə bildirirsə, siz də qarşılıqlı olaraq uşağınıza: “Deyəsən, Murada möhkəm acıqlanmısan?”, - deməklə ona haqlı və ya haqsız olduğunu deyə bilərsiniz.
Ancaq məsələyə bu yanaşmanın heç biri effektiv dinləmə üçün başlanğıc deyil. Buna görə də, ən yaxşısı uşağın hissini ona əks etdirməkdir. Ancaq uşağınıza heç vaxt ilk reaksiya olaraq suallar verməyin. Bu reaksiyaya yalnız reflektiv dinləmə üsulunu tətbiq etdikdən sonra müraciət edin.
Reflektiv dinləmə nəticəsində uşaq: “Anam məni tənqid etmədi, sadəcə olaraq, anladı” deyə düşünəcək və bundan sonra valideyninə daha çox dərdini danışacaq. Ata-anası tərəfindən anlaşıldığını görən uşaq valideynlərinə daha sağlam ünsiyyətlə bağlanacaq. Əlbəttə ki, bu ünsiyyətin yaranması üçün siz valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Buna görə də, valideynlər səbirli olmalı, uşaqlarını diqqətlə dinləməli və ən əsası bununla onları səmimi olduqlarına inandırmalıdırlar.Aygün Vəliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.