GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya hərbçiləri Xersonun Ostrov mikrorayonunu şəhərin digər nöqtələri ilə birləşdirən körpüyə bomba atıblar.
Globalinfo.az xəbər verir ki, Xerson vilayətinin hərbi idarəsi rusların Korabel mikrorayonuna gedən körpüyə hücumunu təsdiqləyib.
İki kasetli aviabombanın (CAB) atıldığı bildirilir. Nəticədə 3 fərdi yaşayış evinə və çoxmərtəbəli binaya ziyan dəyib. Həlak olanlar barədə hələlik məlumat yoxdur.
İlkin məlumatlara görə, yolun hərəkət hissəsində böyük dəlik yaransa da, körpü tam yararsız hala düşməyib.
pic.twitter.com/akFKwPINrK
— Ahmadov (@BigAhmadov) August 2, 2025
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.