AZ

“Sampdoriya” Marvin Çunini icarəyə götürdü

“Sampdoriya” 24 yaşlı alban mərkəz hücumçusu Marvin Çunini Kazan “Rubin”indən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə “Sampdoriya”nın mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

İcarə italyan klubuna 250 min avro məbləğ əsasında başa gəlib.

Marvin Çuni “Bayern”in məzunudur. Hücumçu, karyerası ərzində icarə əsasında “Zonnenhof Qrossaspax”, “Paderborn”, “Saarbrükken” və həmçinin tamhüquqlu əsasda “Frozinone” və Kazan “Rubin”ində çıxış edib.

Geridə qalmış mövsümdə Çuni “Rubin” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 14 oyuna çıxıb.

Marvin Çüni 2023-cü ilin oktyabr ayında debüt etdiyi Albaniya yığmasının heyətində 1 oyun keçirib, meydanda 36 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Çuni futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı alban mərkəz hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
arena.az

1Mənbələr