AZ

Anchor “Yay Fest 2025” gənclərin yüksək enerjisi ilə davam edir (FOTO)

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Yay Fest2025”in sayca dördüncü düşərgəsi olan və 28 iyul-1 avqusttarixlərində baş tutan “Ədalət və Qanun” düşərgəsi ictimai fəallığıilə seçilən 250 gənci bir araya gətirib.

Trend xəbər verirki, konstitusiya və hüquqi dəyərlərin təbliği, ictimai həmrəyliyingücləndirilməsi və gənclərin vətəndaş cəmiyyətində fəal iştirakınınstimullaşdırılması məqsədi daşıyan düşərgə dinamik və dolğunproqramla yadda qalıb.

Düşərgə müddətində iştirakçılar öz işinin peşəkarları tərəfindən“Ədliyyə sisteminə gənc baxış”, “Mənim karyeram və əməkmünasibətləri”, “Hüquqi şüurun formalaşması: Gənclərin hüquqsistemində yeri və rolu”, “Ədalət duyğusu və psixoloji davranış:gənclərin daxili kompası”, “Kibertəhlükəsizlik üzrə mövcudroblemlər” və “Hüquqi müstəvidə könüllülük fəaliyyəti” kimimövzularda keçirilən sessiyalarda iştirak edərək hüquqi düşüncə vərəqəmsal təhlükəsizlik barədə biliklər mənimsəyiblər. Eyni zamanda,təşkil edilən müxtəlif fəaliyyətlər – yoqa, kreativmaster-klasslar, vörkşoplar, intellektual oyun, haykinq yürüşü vəairsoft yarışı iştirakçıların həm əyləncəli, həm öyrədici zamankeçirməsinə şərait yaradıb. Axşam saatlarında təşkil edilən karaokegecəsi, DJ performansları və tonqal ətrafındakı səmimi söhbətlərdostluq və komanda ruhunu daha da möhkəmləndirib. Bununla yanaşı,gənclər “Qarabağ FK – Shelbourne F.C.” futbol oyununu birgəizləyərək komandamıza dəstək nümayiş etdiriblər. Belə ki, 5 günmüddətində təşkil edilən “Ədalət və Qanun” düşərgəsi gənclərarasında hüquqi savadlılığın artırılmasına və cəmiyyətə dahaməsuliyyətli vətəndaşların qazandırılmasına doğru atılmışaddımlardan biri olub.

Qeyd edək ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının GənclərFondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə GənclərTəşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı,“CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinintəşkilatçılığı ilə həyata keçirilir.

Avqustun 29-dək davam edəcək festival çərçivəsində ümumilikdə 2mindən çox gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”,“Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”,“Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya”mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək.

Gənclər http://yayfest.az/veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdəiştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlükveriləcək.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdarolmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/)səhifəsini izləyə bilərsiniz.

Anchor
Anchor
Anchor
Anchor
Anchor
Anchor
Anchor
Anchor
Anchor
Anchor
Seçilən
4
9
az.trend.az

10Mənbələr