AZ

Rusiyalı MMA döyüşçüsü PFL kəmərini Həbib Nurməhəmmədova hədiyyə etdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Rusiyalı MMA döyüşçüsü Movlid Xaybulayev qazandığı PFL kəmərini sabiq UFC çempionu Həbib Nurməhəmmədova hədiyyə edib.

Oxu.Az xəbər verir ki, Xaybulayev Nurməhəmmədova hörmət əlaməti kimi bu addımı atıb.

O, ötən gecə "PFL World Tournament 8" turnirində perulu Xesus Pinedo ilə qarşılaşıb.

Yarımyüngül çəki dərəcəsində Qran-prinin finalı çərçivəsində keçirilən döyüşün beşinci raundunda Xaybulayev rəqibini boğucu fəndlə məğlub edərək qələbə qazanıb.

Bu nəticə ilə rusiyalı döyüşçü PFL çempionu adına yiyələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr