Los Angeles Lakers Luka Donçiçlə 3 illik müqavilə uzadıb.
Offsideplus.az xəbər verir ki, sloveniyalı ulduz basketbolçu bu müddətdə 165 milyon dollar qazanacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Razılaşmaya əsasən Donçiç 2028-ci ildə öz istəyi ilə azad agent ola bilər.
25 yaşlı oyun qurucu bu ilin fevralında Lakers'a keçib. O, Dallas Mavericks'dən trade ilə gəlib.