"Son məşqdə daha çox oyun və taktiki elementlər üzərində işlədik. Düşünürəm ki, mövsümə hazırıq".
İdman.biz xəbər verir ki, bunu "Kayzerslautern"in formasını geyinən Mahir Emreli Almaniya mətbuatına açıqlamasında deyib.
Azərbaycan yığmasının hücumçusu Mahir Emreli komandasının hədəfləri barədə danışıb: "Mövsümöncəsi hazırlıq çətin keçdi, çox çalışdıq. Amma təbii ki, mövsümün ilk rəsmi oyunu həmişə çətin olur. Formaya düşmək və ən yaxşı formada olmaq üçün həmişə bir neçə oyun lazım gəlir. Bu mövsüm məqsədimiz ilk "üçlük"də yer almaqdır. Buna mütləq nail olmağa çalışacağıq".
Qeyd edək ki, Mahirin komandası ilk turda sabah səfərdə “Hannover”lə qarşılaşacaq. Oyun saat 15:30-da start götürəcək.
İdman.biz